Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”
(VMH) ölkə prezidentinin impiçmenti ilə bağlı parlamentdə
keçiriləcək səsvermədə iştirak etməyəcək.
Müvafiq qərar bu gün partiyanın siyasi şurasının iclasında qəbul
edilib. VMH digər müxalif partiyaları da səsvermə günü parlamentin
sessiyasında iştirak etməməyə, beləcə müxalifətdən kiminsə
impiçmenti dəstəkləməsinə dair spekulyasiyaların qarşısını almağa
çağırıb.
Qeyd edək ki, gizli yolla baş tutacaq səsvermə zamanı Prezidentin
impiçmenti üçün minimum 100 deputatın səsinə ehtiyac var. İmpiçment
təşəbbüsünü irəli sürən hakim “Gürcü Arzusu”nun isə parlamentdə 84
deputatla təmsil olunur.