Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) ən populyar istiqamətlər -
Tbilisi, İstanbul və Dubaya xüsusi aksiyaya başlayır. Bu təklif
sərnişinlərə uçuşun rahatlığı və keyfiyyətindən, eləcə də münasib
qiymətlərdən istifadə etmək üçün unikal imkan yaradır.
Tbilisiyə aviabiletin bir istiqamətə dəyəri cəmi 90 AZN-dən
başlayaraq, gediş-gəliş isə 180 AZN-dən başlayaraq təşkil edir. Bu,
Gürcüstanın gözəlliyindən, zəngin irsindən və gözəl memarlığından
zövq almaq üçün əla fürsətdir.
Ən populyar turizm şəhərlərindən olan İstanbula səyahət bir tərəfə
174 AZN-dən başlayaraq, gediş-gəliş isə 347 AZN-dən başlayan
qiymətə başa gələcək. Qeyd edək ki, İstanbula uçuşlar Sabiha Gökçen
Beynəlxalq Hava Limanına həyata keçiriləcək ki, bu da sərnişinlərin
səfərləri zamanı rahatlığını təmin edəcək.
Dubaya səyahət etmək arzusunda olanlar üçün isə AZAL bir tərəfə 237
AZN-dən başlayaraq, gediş-gəliş aviabiletini - 437 AZN-dən
başlayaraq təklif edir. Bu kosmopolit şəhərə baş çəkin və onun
dəbdəbəsindən zövq alın.
Xüsusi təklif 1 noyabr 2023-cü il - 29 fevral 2024-cü il tarixləri
arasında aviabiletlər üçün keçərlidir.
Aviabiletləri “Azərbaycan Hava Yolları”nın www.azal.az saytından və
ya aviaşirkətin rəsmi kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, bu təklif məhdud saydadır, ona görə də aviabiletləri
indidən bron etmək fürsətini qaçırmayın.