Ortaçalada yeniyetməni vuran yük maşını sürücüsünə cinayət işi
açılıb.
Bu barədə prokurorluq məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, saxlanılan şəxs Cinayət
Məcəlləsinin 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan
276-cı maddəsinin 6-cı hissəsi ilə ittiham olunub.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan
araşdırmalarla müəyyən edilib ki, noyabrın 21-də Tbilisi şəhərinin
V.Qorqasali və B.Kalandadze küçələrinin kəsişməsində yük maşınının
sürücüsü nəqliyyat vasitəsinin təhlükəsiz idarə edilməsini təmin
edə bilməyib və səkidə gəzən azyaşlı piyadanı vurub. Aldıqları
xəsarətlər nəticəsində zərərçəkmiş yerindəcə
keçinib”, - deyə prokurorluqdan bildirilib.
Qurumun açıqlamasında bildirilir ki, prokurorluq təqsirləndirilən
şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə
məhkəməyə müraciət edəcək.