Gicitkən çox faydalı bitkidir. Gicitkən qanın tərkibinə çox müsbət
təsir edir, qanı təmizləyir, qanazlığı zamanı müalicəvi vasitə kimi
istifadə olunur, qaraciyəri və böyrəkləri təmizləyir.
Gicitkən xalq təbabətində müxtəlif dəmləmələr, cövhərlər,
tinkturalar və s. tərkibində çox geniş istifadə olunur.
50 qr təzə gicitkən blenderdə əzilir, üzərinə 1 stəkan təbii bal
əlavə olunur, yaxşı qarışdırılır və
7 gün soyuducuda saxlanılır.
Dərmanı hər gün qarışdırın.
1 həftədən sonra dərmanı istifadə etmək olar. Böyüklər bu qarışığı
gündə 2 dəfə 1 xörək qaşığı olmaqla qəbul edir. Qarışığı soyuducuda
saxlayın.
Bu qarışıq qanın tərkibini yaxşılaşdırır, qanı, qaraciyəri,
böyrəkləri təmizləyir, orqanizmə ümumimöhkəmləndirici təsir
edir.
Nəzərinizə çatdıraq ki, gicitkən hamilə qadınlar və damarlarda
trombların əmələ gəlməsinə meyilli olan insanlar üçün əks-göstəriş
sayılır.
Saglamolun.Az