Gürcüstan hava hücumundan müdafiə (HHM) silahları baxımından
regionun ən güclü ölkələrindən biri olacaq.
Bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze deyib.
“Ötən iki il ərzində imzaladığımız və 2025-ci ilədək tamamlanacaq
razılaşmalar əsasında biz HHM silahları baxımından regionda ən
güclü ölkələrdən biri olacağıq”, - deyə nazir “İmedi”
telekanalının efirində deyib.