Həkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər.
Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və
mikroelementlərin zənginliyi səbəbindən onu universal
adlandırırlar. Kartof ürək-damar sisteminin sağlamlığına ən müsbət
şəkildə təsir edir. Özü kimi suyu da minbir dərdin dərmanıdır.
- Sidik turşusunun səviyyəsini azaldır.
- Artrit və podaqra kimi iltihabın qarşısını alır.
- Oynaqlarda və beldə ağrıları azaldır.
- Qan dövranını yaxşılaşdırır.
Yerli olaraq tətbiq edildikdə qıcıqlanma və iltihabı
sakitləşdirir.
Sızanaq və ya ekzema kimi problemləri müalicə edir.
Qaraciyəri zərərsizləşdirən və onun funksiyasını yaxşılaşdıran,
həmçinin öd kisəsinin fəaliyyətini yaxşılaşdıran güclü
detoksifikasiya agentidir.
Yeməkdən 30 dəqiqə əvvəl su ilə durulaşdırılmış 1 xörək qaşığı
kartof suyu için.
Bir neçə orta ölçülü kartofu yuyun və qabığını soyub şirəsini
çəkin. Şirəni ayırmaq üçün kətan parçadan süzün.
Bir stəkana tökün və şirəni təzə için. Dadı yaxşılaşdırmaq üçün
kök, alma və ya limon suyu ilə qarışdırın.
Saglamolun.Az