İl ərzində Türkiyə, Gürcüstan və Rusiya ilə ali səviyyədə baş
tutmuş görüşlərdə mühüm nəticələr əldə olunub.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın
28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bəzi dairələrin qərəzli siyasəti Azərbaycanın
xarici siyasəti üçün müəyyən çağırışlar yaratsa da, onların
öhdəsindən gəlməyə nail olunub: "Xarici siyasətimiz
məzmun
baxımından zəngin olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə
yürüdülən siyasət dövlətimizin milli maraqlarının təmin olunmasına
yönəlib. 2023-cü ildə Azərbaycanın öz suverenliyini və ərazi
bütövlüyünü bərpa edib. İl ərzində Türkiyə, Gürcüstan və Rusiya ilə
ali səviyyədə baş tutmuş görüşlərdə mühüm nəticələr əldə
olunub".
Nazir bildirib ki, bu il Azərbaycanla Avropa İttifaqı arasında
müxtəlif sahələrdə, o cümlədən enerji əməkdaşlığı sahəsində dialoq
davam etdirilib: "Eyni zamanda "Şərq tərəfdaşlığı" proqramına
ölkələri arasında Azərbaycanın iştirakı təmin olunub. Bu il
həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclası
keçirilib. Həmin iclasda çoxşaxəli müzakirələr aparılıb. Xəzərin
dostluq dənizi olması ilə bağlı razılığa gəlinib".