Marneuli şəhərində iki küçədə küçə işıqlarının quraşdırılması
planlaşdırılır.
Marneuli yerli özünüidarəsi 26 may və D.Ağmaşenebeli – Yağlıca
küçələrində işıqların quraşdırılması işləri ilə bağlı tender elan
edib.
Tender sənədlərinə görə, 26 may küçəsində 254 işıq dirəyi, Yağlıca
küçəsində isə 98 dirək quraşdırılacaq.
Marneuli meriyası iki küçədə küçə işıqlarının quraşdırılmasına 2
034 468 lari xərcləyəcək. Tender sənədlərinə əsasən,
Yağlıca
küçəsində küçə işıqlarının quraşdırılması üçün maksimum 388 232
lari, 26 may küçəsində isə 1 646 236 lari xərclənəcək.
Layihəyə görə, ümumilikdə 352 işıq dirəyi qurulacaq. Layihənin
dəyəri 2 034 468 laridir. Buradan irəli gələrək, Marneuli meriyası
bir işıq dirəyinin quraşdırılması üçün 5 779 lari ödəyəcək.
Marneuli meriyası iki küçədə küçə işıqlarının quraşdırılması işləri
üçün 15 fevral tarixində tender elan edib. Tenderdə iştirak etmək
istəyən şirkətlər 6 mart tarixindən 11 mart tarixinə qədər olan
dövrdə öz təkliflərini təqdim edə bilərlər.
Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan 120 gün ərzində
işləri həyata keçirəcək.