Jeanne Shaheen: Mənim ikitərəfli qanun layihəm ["Gürcü Xalqı Aktı") bu məhdudiyyətləri qalıcı edəcək

Amerikalı senator Jeanne Shaheen ABŞ Dövlət Departamentinin Gürcüstan rəsmiləri və onların ailə üzvləri üçün viza məhdudiyyəti qoymasını alqışlayır.


Senator yazır ki, Konqresə təqdim edilən ikipartiyalı qanun layihəsi, “Gürcü Xalqı Aktı” bu məhdudiyyətləri daimi edəcək. O, bildirib ki, “Bu, qısamüddətli nəticə deyil”.

“Mən ABŞ Dövlət Departamentinin Gürcüstanda demokratiyaya zərbə vurmaqda və dinc nümayişçilərə hücumda günahkar olanlara viza
məhdudiyyətləri tətbiq etmək addımını alqışlayıram. Mənim ikipartiyalı qanun layihəm bu məhdudiyyətləri qalıcı edəcək və bu qərarın qısamüddətli nəticə olmadığını açıqlayacaq”,
- senator "twitter" şəbəkəsində yazıb.

Dünən Dövlət Departamenti Gürcüstanda "rus qanunu" na dəstəyə görə ilk sanksiyalar paketini elan edib - bunu mətbuat spikeri Metyu Miller Saxdepdə keçirilən brifinqdə bildirib.

Sanksiya viza məhdudiyyətlərini nəzərdə tutur və bu, “Gürcü arzusu”nun üzvlərinə, parlament üzvlərinə, təhlükəsizlik qüvvələrinə və fərdi şəxslərə şamil ediləcək. Ümumilikdə 30 nəfərə qədər şəxs sanksiyalara məruz qalıb.
Mənbə: Publika

 


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print E-mail
FaceBook Twitter Google