Zuriko Davitaşvilinin qiyməti 3 milyon avroya yüksəldi – İlk onluqda kimlər var

“Transfermarkt” idarəetmə agentliyində gürcü futbolçuların qiyməti artır.


Son məlumatlara görə, Zuriko Davitaşvilinin qiyməti 3 milyon avroya (2,5 milyon avro idi) çatıb. Bundan əvvəl Qiorqi Mikautadzenin dəyəri 6 milyon avro artaraq 15 milyon avroya, Otar Kiteişvilinin qiyməti isə 5 milyon avroya yüksəlib.

Xatırladırıq ki, Gürcüstan millisinin futbolçuları xarici mətbuatda və bütövlükdə futbol dünyasında getdikcə daha çox maraq doğurur. Müvafiq olaraq, onların öz dəyəri də artır. “Transfermarkt”ın məlumatına görə, gürcülər arasında 80 milyon avro ilə Xviça Kvaratsxelia liderdir, Qiorqi Mamardaşvili və Qiorqi Mikoutadze ikincidir.

Gürcüstanın ən bahalı futbolçularının yenilənmiş siyahısını təqdim edirik:

• Xviça Kvaratsxelia - 80 milyon avro
• Qiorqi Mamardaşvili - 35 milyon avro
• Qiorqi Mikoutadze - 15 milyon avro
• Otar Kiteişvili - 5 milyon avro
• Zuriko Davitaşvili - 3 milyon avro
• Qiorqi Çakvetadze - 2,5 milyon avro
• Qiorqi Qoçoleişvili - 2,5 milyon avro
• Qabriel Siqua - 2,5 milyon avro
• Saba Lobjanidze - 2 milyon avro
• Qiorqi Kvilitaia - 1,6 milyon avro

Məlumat üçün bildirək ki, Gürcüstan tarixdə ilk dəfə Avropa çempionatında mübarizə aparacaq. “Avro 2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada, final isə Berlinin Olimpia stadionunda keçiriləcək.
Mənbə: BPN

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici
maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print E-mail
FaceBook Twitter Google