"MEGOBARİ Aktı"nın 5 həmtəşəbbüskar əlavə olunub:
Respublikaçılar Austin Scott, Don Becon və Mike Lawler; Demokratlar
Jerry Connolly və Lloyd Doggett.
İndi "MEGOBARİ Aktı"nın ümumilikdə 9 təşəbbüskarı var.
"Helsinki Komissiyası" yazır ki, "ABŞ Gürcüstan xalqı ilə dostluğa
ciddi yanaşır və Konqresdə MEGOBARİ Aktı üçün impuls artır".
“MEGOBARİ Aktı”nın təşəbbüskarı ABŞ qanunverici orqanının aşağı
palatasının üzvü, respublikaçı konqresmen Co Vilsondur.
“MEGOBARİ Aktı”na görə, bir tərəfdən Gürcüstanda “rusyönümlü xarici
agentlər haqqında qanunun qəbulu və ya mümkün icrasına cavabdeh
olan” şəxslər cavab verməlidir.
Digər tərəfdən, o, "Gürcüstan demokratik, qərb istiqamətini
möhkəmləndirəcəyi təqdirdə" ölkəyə daha güclü dəstək - maliyyə
yardımının artırılması və viza rejiminin yumşaldılacağını vəd
edir.
İyunun 5-də ABŞ Konqresində Helsinki Komissiyası çərçivəsində
Gürcüstanda baş verən hadisələrlə bağlı dinləmə keçirilib.
Dinləmədə ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Uilyam Kortni,
Gürcüstanın Avropa İttifaqındakı keçmiş səfiri Natalia Sabanadze və
“Vətəndaş Cəmiyyəti Fondu”nun Avropaya inteqrasiya proqramı üzrə
meneceri Vano Çxikvadze iştirak ediblər.
Hələlik Konqresdə başqa cür müzakirələr aparılmayıb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.