“Gürcü Arzusunun” deputatları ABŞ-ın sanksiyalarına necə reaksiya verir

"Rus qanunu"nu dəstəkləyən “Gürcü Arzusu”nun deputatları ABŞ-ın viza sanksiyaları tətbiq etməsinə münasibət bildiriblər.


Nino Tsilosaninin sosial şəbəkədə yazdığı kimi, sanksiyaların məqsədi müxalifəti dirçəltməkdir və o, ölkəsinə “xidmət etməkdən” qürur duyur.

“Sanksiyalarla bağlı mən artıq bir dəfə öz mövqeyimi bildirmişəm və əslində fikrimi dəyişməmişəm. Lakin bütün bunlarda “müsbət” bir şey görməliyiksə, o da müxalifətin siyasi ömrünün
2 gün uzadılmasıdır və gürcü xalqının rədd etdiyi müxalifəti dirçəltmək kimə və nəyə lazımdır, məncə bu sualın cavabı Ukrayna müharibəsindən sonra aydın oldu.
Mən ölkəmə xidmət etməkdən qürur duyuram!”,
- Tsilosani yazıb.


"Rus qanunu"nu dəstəkləyən digər deputat İrma Zavradaşvilinin sözlərinə görə, o, hələ ki, özünün viza sanksiyalarına məruz qalıb-qalmadığını bilmir. Lakin onun sözlərinə görə, sanksiyaların tətbiqi onu bir daha inandırır ki, rus qanunlarının tərəfdarları “tamamilə düzgün iş görüblər”.

“Bu “sanksiya”nın şəxsən mənə aid olub-olmadığını bilmirəm, amma əgər mənə şamil olunacaqsa və ya gələcəkdə də tətbiq olunacaqsa, bu, məni bir daha əmin edir ki, mən və “Gürcü Arzusu”nun bütün deputatları doğru şeyi etdi. Sanksiyalar saleh əməlin qarşısını ala bilməz!

P.S. İndi Blinken xatırladı ki, sanksiyaya məruz qalan şəxsin kimliyi ictimaiyyətə açıqlana bilməz? Hakimləri sanksiyaya məruz qoyarkən o məsələni xatırlamadımı?", - İrma Zavradaşvili. 


"Rus qanunu"nun tərəfdarı Qiorqi Çakvetadzenin sözlərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü sanksiyaları elan etdikdən sonra “hər şey daha aydın oldu”.

“Parlament üzvləri qanuna səs verdiyinə görə sanksiyaya məruz qalmayacaq və:
Demokratiyaya etinasızlıq;
Sərbəst toplaşmaq azadlığının pozulması;
Mülki sektora hücum;
Dezinformasiya və ritorika.
Metyu Miller sanksiya məsələsində bunları əldə rəhbər tutub. Dinləyərkən elə bildim ki, o, 2003-2012-ci illərdən danışır... hər şey daha da aydın oldu”,
- Qiorqi Çakvetadze sosial şəbəkədə yazıb.

Mənbə: Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print E-mail
თეგები: ABŞ Gürcü Arzusu Rus qanunu
FaceBook Twitter Google