“Yeni Düşüncə İnstitutu” və “Gənclər və Təhsil Mərkəzi” azərbaycandilli abituriyentlər üçün sınaq imtahanı təklif edir
“Yeni Düşüncə İnstitutu” və “Gənclər və Təhsil Mərkəzi” 1+4 proqramı vasitəsilə ali məktəbə qəbul imtahanı vermək istəyən azərbaycandilli abituriyentlər üçün Riyaziyyat və Ümumi Qabiliyyət üzrə onlayn sınaq imtahanı təklif edir.

Sınaq imtahanında iştirak etmək istəyən abituriyentlər qeydiyyatdan keçmək üçün linkə daxil olaraq verilmiş formu doldurmalıdırlar.

Onlayn sınaq imtahanında özünü sınamaq istəyən abituriyentlər 15 iyun, saat
23:00-dək qeydiyyatdan keçə bilərlər.

“Qeydiyyat müddəti başa çatdıqdan sonra qeydiyyatdan keçmiş şəxslərin elektron poçt ünvanlarına sınaq imtahanının keçirilmə tarixi və şərtləri haqqında ətraflı məlumat göndəriləcək. Bununla yanaşı, təşkilatın rəsmi “facebook” səhifəsində imtahanla bağlı geniş məlumat dərc olunacaq”, - “Yeni Düşüncə İnstitutu” rəsmi feysbuk səhifəsində yazır.

Əlavə suallarınız olduğu təqdirdə aşağıda qeyd olunan elektron poçt ünvanına yaza və ya əlaqə nömrələrinə zəng vura bilərsiniz.
Mail: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
Tel: 555 10 07 / 38 555 24 24 80

Nəzərinizə çatdıraq ki, sınaq imtahanı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Norveçin dəstəyi ilə, "Liderlik, Bərabərlik, Vəkillik və Demokratiya" (LEAD) təşəbbüsü çərçivəsində həyata keçirilir.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.



Print E-mail
FaceBook Twitter Google