İşğal edilmiş Tsxinvali bölgəsində parlament seçkilərinin keçirilməsini qınayırıq - Landsberqis

Litvanın Xarici İşlər Naziri Qabrielius Landsberqis, Rusiya tərəfindən işğal olunmuş qondarma Tsxinvali bölgəsində keçirilən parlament seçkilərini qınayır.



O, Rusiyaya işğalçı qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırır.

“Biz Gürcüstanın işğal olunmuş Tsxinvali bölgəsində keçirilən parlament seçkilərini qınayırıq və Rusiya Federasiyasını 12 avqust 2008-ci il tarixli atəşkəs sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyə və işğalçı qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırırıq”,
- Qabrielius Landsberqis bildirib.

__________________________________________________
İşğal edilmiş Tsxinvali bölgəsində parlament seçkiləri davam edir.

Seçkilər 73 seçki məntəqəsində keçiriləcək, onlardan 71-i işğal olunmuş Sxinvali ərazisində, ikisi isə “Cənubi Osetiyanın Moskvadakı səfirliyində” və “Şimali Osetiya konsulluğu”nda açılıb.

Gürcüstan Xarici İşlər Naziri Rusiya tərəfindən işğal olunmuş Tsxinvali bölgəsində parlament seçkilərinin keçirilməsini qınayır və bəyan edir ki, bu, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozur.

Mənbə: Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.



 

Print E-mail
FaceBook Twitter Google