Kobaxidze: Ukraynanın bərpa olunmasına kömək etmək üçün əlimizdən gələni etmək borcumuzdur

İrakli Kobaxidze Berlində, Ukraynanın bərpa olunması konfransında iştirak edir.



Baş nazir jurnalistlərə dedi:

“Tərəfdaşlarımızla birlikdə Ukraynanın yenidən qurulmasına kömək etmək üçün əlimizdən gələni etmək borcumuzdur”.

Onun sözlərinə görə, Gürcüstan bütün platformalarda Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Xatırladaq ki, Rusiyanın Ukraynanı işğal etdiyi vaxtdan hakim partiya “Qərb və “radikal müxalifət”in Gürcüstanda ikinci cəbhə açmaq və onu
Ukraynalaşdırmaq istədiyini” iddia edir. Onlar arasında İrakli Kobaxidze dəfələrlə təkrar edib ki, “bu ölkənin heç bir Maydanı və “Ukraynalaşdırılması” mümkün deyil”.

Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print E-mail
თეგები: İrakli Kobaxidze Ukrayna
FaceBook Twitter Google