Rusiyapərəst və zorakı “Alt İnfo”nun liderlərindən biri olan
Zurab Maxaradze başqa bir rusiyayönlü partiya olan “Vətənpərvərlər
Alyansı” partiyası vasitəsilə parlament seçkilərində iştirak
edəcəklərini bəyan edir.
O, bu barədə “Alt İnfo”nun efirində danışıb.
Maxaradzenin dediyi kimi, “Alt İnfo” və “Vətənpərvərlər Alyansı”
arasında razılıq əldə olunub və parlament seçkiləri üçün “böyük
milli birlik” barədə razılığa gəlmək üçün digər “mühafizəkar
qüvvələrlə” danışıqlar aparılır.
“Seçkilərdə iştirak etmək üçün yeganə şansımız ləğv edə
bilməyəcəyi partiya idi. Bu gün mühafizəkar cinahda, ideoloji
baxımdan birləşdiyi və əngəllənməsi mümkün olmayan belə bir partiya
indi parlament partiyası olan “Vətənpərvərlər Alyansıdır”. Bir
hissəsi ayrılsa da, ayrı olsa da, qanuni olaraq parlament
partiyasıdır və heç nə, hətta imza toplamaq da lazım deyil. Artıq
seçkilərdə iştirak edirik və buna mane olmaq mümkün deyil.
“Vətənpərvərlər Alyansı” ilə uzun müddət danışıqlar apardıq.
Onların baxışı ondan ibarətdir ki, böyük milli birlik yaranmalıdır.
Bu istiqamətdə işlər gedir. Artıq bizimlə onlar arasında əsaslı və
prinsipial razılaşma əldə olunub. Detallar üzərində iş aparılır.
Biz digər mühafizəkar qüvvələrlə də işləyirik.
Biz bu il ki, parlament seçkilərində mütləq iştirak edəcəyik və tək
biz olmayacaqıq. Mühafizəkar tərəfdə az-çox çəkisi olanlar,
həqiqətən mühafizəkar qüvvələr birləşəcək və “Vətənpərvərlər
Alyansı” partiyası vasitəsilə bu böyük milli birlik seçkilərdə
iştirak edəcək”, - Zurab Maxaradze bildirib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.