60 milyon dollarlıq satışa baxmayaraq, lari yenə də ucuzlaşıb
Milli Bankın valyuta hərracında 60 milyon ABŞ dolları satmasına baxmayaraq, milli valyuta dollar və avro qarşısında yenidən ucuzlaşıb.

İyunun 12-nə olan rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının dəyəri 2,8646 lari təşkil edib ki, bu da ötən günün məzənnəsindən 0,0156 lari çoxdur.

Avroya gəlincə, lari avroya nisbətən demək olar ki, 2 tetri ucuzlaşıb və 1 avronun
rəsmi məzənnəsi ilə dəyəri 3,0763 lari olub ki, bu da ötən günün məzənnəsindən 0,0179 lari çoxdur.

May ayında “Gürcü arzusu”nun rus qanunlarının ləğvi ilə bağlı kütləvi aksiyalar keçirməsindən sonra larinin məzənnəsi ucuzlaşmağa başlayıb.

Devalvasiyaya paralel olaraq son bir ayda Milli Bank valyuta hərracında 168 milyon 700 min ABŞ dolları satıb.
Mənbə: Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


Print E-mail
თეგები: Avro Dollar Milli valyuta
FaceBook Twitter Google