13 yaşlı qızın intim şəkillərini şantaj yolu ilə əldə edən şəxs saxlanılıb - İstintaq

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, 19 yaşlı gənc azyaşlının şəxsi həyatını pozduğu üçün saxlanılıb.



İstintaqın məlumatına görə, bir kişi şantaj yolu ilə 13 yaşlı qızın intim şəkillərini əldə edib və daha sonra onları zərərçəkənin bacısı və ögey atasına göndərib.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında FACEBOOK sosial şəbəkəsi vasitəsilə 13 yaşlı
qızla uydurma adla tanış olub. Görüşdükdən qısa müddət sonra onların yazışmaları intensivləşib, hər gün Facebook/Messenger videozəngləri vasitəsilə bir-biri ilə danışıblar, bu zaman təqsirləndirilən şəxs hədə-qorxu və şantaj yolu ilə zərərçəkmişi onun gözü qarşısında soyunmağa məcbur edib.

2024-cü ilin may ayında müttəhim azyaşlı qurbanın 17 yaşlı bacısı və ögey atasına 13 yaşlı qızın intim video fayllarını göndərib. Həmçinin o, zərərçəkmişin bacısından onun qarşısında soyunmasını tələb edib, əks halda zərərçəkmişin intim videoyazılarını ictimaiyyətə açıqlayacağı ilə hədələyib. İmtina aldıqdan sonra təqsirləndirilən şəxslər “FACEBOOK” sosial şəbəkəsində zərərçəkmiş azyaşlı ilə videozənglər vasitəsilə əlaqə saxlayarkən çəkilmiş intim məzmunlu videoları yayıb”,
- xüsusi istintaqda deyirlər.

Xüsusi İstintaq Xidməti azyaşlının anası ilə əlaqə saxladıqdan sonra araşdırmalara başlayıb. Onların verdiyi məlumata görə, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı onun mobil telefonundan 13 yaşlı qızın intim videoyazıları aşkar edilib və sübut kimi götürülüb.

Təqsirləndirilən şəxs Gürcüstan Cinayət Məcəlləsinin 157-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayətə görə saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib - cinayət 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print E-mail
FaceBook Twitter Google