Prezident “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoyub

Prezident “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoyub.


Salome Zurabişvilinin sözlərinə görə, məcəllədə edilən dəyişikliklər hakim partiyanın birtərəfli qərarlar qəbul etməsinə imkan yaradır.

“MSK-nın qərarlarının qəbulu üçün lazım olan 2/3 kvorum tam tərkibin əksəriyyətinə endirilir. Dəyişikliklə MSK-da qərar qəbul etmək üçün partiyalar arasında konsensus zərurəti aradan qaldırılır və hakim partiya praktiki olaraq təkpartiyalı əsasda qərar qəbul etmək imkanı əldə edir”, - prezidentin bəyanatında deyilir.

Həmçinin prezidentin sözlərinə görə, o, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklər paketini imzalayıb. Bununla belə, o hesab edir ki, təqdim olunan dəyişikliklər fəsadlı və parçalanmışdır, korrupsiyaya qarşı mübarizənin effektivliyinin daha da artırılmasını nəzərdə tutan Avropa İttifaqına daxil olmaq və danışıqlara başlamaq üçün 9 şərtdən biri olan Avropa Komissiyasının tələblərinə cavab vermir.

Zurabişvilinin sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Bürosunun müstəqilliyinin faktiki artırılması istiqamətində aparılan islahatlar onun hazırladığı “Gürcüstan Xartiyası”nda öz əksini tapıb. Onun təklif etdiyi islahat büroya istintaq səlahiyyətlərinin verilməsini nəzərdə tutur və onun rəhbərini parlament seçməlidir.

“Hazırda büronun rəhbəri Baş nazir tərəfindən təyin edilir və büro seçki subyektləri ilə bağlı bir sıra xüsusi inzibati icraat tədbirlərini həyata keçirmək, o cümlədən fiziki şəxsin dindirilməsi, magistratura hakimi qarşısında dindirilməsi səlahiyyətinə malikdir.
Qanundan seçmə istifadə olunmaması və büro hökumətin əlində olan partiyalara qarşı cəza alətinə çevrilməməsi üçün daha çox əsaslandırma tələb edən şəxsi məlumatların, o cümlədən fərdi məlumatların xüsusi kateqoriyalarının tələb edilməsi lazımdır”,
- prezidentin bəyanatında deyilir.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən
əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print E-mail
FaceBook Twitter Google