ABŞ səfiri: “Qlobal müharibə partiyası”nın üzvü olmağımıza dair dezinformasiyalar yayılır”
ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan Gürcüstan rəsmilərinin Qərbin inqilabi hazırlıqları dəstəkləməsinə dair iddialarına münasibət bildirib.

Diplomat Gürcüstanda dezinformasiya kampaniyalarının aparıldığını, bunun demokratiya üçün təhdid törətdiyini deyib.

“Aİ üzvü olmaqla bağlı dezinformasiyalar yayılır. Bunlardan biri üzv ölkələrin öz kimliklərini itirməsi iddiasıdır, lakin bu tamamilə yalandır”, - Danniqan deyib.

Səfir dezinformasiya ilə mübarizə imkanlarının məhdud olduğunu, bunun Gürcüstan
da da baş verdiyini əlavə edib. Diplomat “Qlobal Müharbə Partiyası”na dair iddiaları, həmçinin Qərbin Gürcüstanda inqilabı təhrik etməsinə dair iddiaları təkzib edib.

“Bəziləri bizim “Qlobal Müharibə Partyası”nın üzvü olduğumuzu və ya bu ölkədə inqilabı təhrik etdiyimizi, burada məkrli niyyətlərimiz oduğunu iddia edir. Həqiqətdə bunları eşitmək kədərlidir… Son 32 il ərzində biz Gürcüstana 6 milyard dollar yardım göstərmişik”, - Danniqan deyib.
Mənbə: apa.az

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print E-mail
თეგები: ABŞ Gürcüstan Robin Danniqan
FaceBook Twitter Google