UNRWA: Münaqişə kəskinləşəndən bəri Qəzzada azı 193 əməkdaş ölüb
Fələstin-İsrail münaqişəsinin 2023-cü ilin oktyabrında qızışmağa başladığı vaxtdan bəri BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) azı 193 əməkdaşı Qəzza zolağında ölüb.
Bu barədə TASS məlumat yayıb.

“Qəzza zonası humanitar təşkilatların əməkdaşları üçün işləmək baxımından ən təhlükəli yerdir. Müharibə başlayandan bəri UNRWA-nın 193 əməkdaşı öldürülüb - bu, BMT tarixində ən yüksək itkidir”,
- agentliyin “twitter” sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.
Mənbə: report.az

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print E-mail
FaceBook Twitter Google