2022-ci ilin 1 iyulundan regionlarda qeyri-məişət istifadəçiləri,
biznes üçün qazın tarifi artırılır.
“Telavqaz” MMC, “Socar Georgia Gas”, “Sakorgaz” və “İnterqazın”
qeyri-məişət istifadəçiləri üçün 1 m3 təbii qazın qiyməti əlavə
dəyər vergisi ilə birlikdə 1,38 laridir. Bu barədə şirkətlərin özü
bəyanatlar yayımlayıb.
“Dünya bazarında enerji daşıyıcılarında qiymətlərin
ciddi dəyişməsinə görə, yaranmış təbii qaz bazarında mövcud olan
reallığı uyğun vəziyyətə gətirmək məqsədi ilə qeyri-məişət
istifadəçiləri üçün təbii qazın qiymətinin tənzimlənməsi haqqında
qərar qəbul olunub”, – şirkətlərin bəyanatından
deyilir.