Marneuli meriyası və Bələdiyyə Məclisinin ştat siyahısında
dəyişikliklər edilib.
Bələdiyyə Məclisinin 20 sentyabr tarixində keçirilmiş iclasında
İnzibati Xidmətin rəhbərinin səlahiyyətlərini icra edən Mamuka
Şubitidze bildirib ki, meriyanın Nəzarət Xidməti qərarını
dəyişdirdiyinə görə əməkdaşların sayının artırılmasına ehtiyac
yaranıb.
“Bu tələb yaratdı ki, xidmətdə daha çox yüksək ixtisaslı kadrlar
işləməli və cəlb olunmalıdır. Buradan irəli gələrək, hər bir xidmət
rəhbəri tərəfindən tələb olundu və burada həmin dəyişikliyə niyə
ehtiyac yarandığı açıqlanıb. Bu vəzifələrin artırılmasına səbəb
olub”, — Mamuka Şubitidze bildirib.
Şubitidzenin sözlərinə görə, meriyada ştat sayı artmır və
dəyişiklik meriyanın ştatlarında indiyə kimi olan vakansiyalara
təsir göstərib. Ümumi hesabda 6 vakant yer dəyişdirilib və vəzifə
artırılıb.
Marneuli Bələdiyyə Məclisi Aparatında əmək müqaviləsi ilə işləyən
şəxslərin sayında və onların maaşının müəyyən edilməsi barədə
sərəncamda da dəyişiklik edilib. Marneuli Bələdiyyə Məclisi
Aparatının rəhbəri Nino Beridze iclasda bildirib ki, Bələdiyyə
Məclisində ştat sayı artmır və mövcud vəzifələrdə yerdəyişmə
edilir.
“Xatırladım ki, bizim müqavilədə olan əməkdaşların sayı artmır.
Yalnız vəzifələr dəyişdirilir, yəni daxili ştat sayı çərçivəsində
funksiyalar dəyişdiriləcək”.
Marneuli Bələdiyyə Məclisi 20 sentyabrda keçirilmiş iclasda meriya
və Bələdiyyə Məclisinin ştat siyahısında dəyişikliklər edilməsini
dəstəkləyib.