Meriya Marneulinin daxili suvarma kanallarının təmizlənməsi üçün 81 273 lari dəyərində tender elan edib
Marneuli yerli özünüidarəsi bələdiyyə miqyasında suvarma kanallarının təmizlənməsi/bərpası işləri ilə bağlı tender elan edib.

Marneuli meriyası 2022-ci ilin sonuna qədər bələdiyyənin suvarma kanallarını təmizləməyi planlaşdırır. Bunun üçün yerli özünüidarə 81 273 lari dəyərində tender elan edib.

Meriya Marneuli ərazisində daxili suvarma kanallarının təmizlənməsi/bərpası işləri üçün tenderi 12 oktyabr tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 29 oktyabrdan 3 noyabra qədər öz təkliflərini göndərə bilərlər.

Print E-mail
FaceBook Twitter Google