Marneuli yerli özünüidarəsi meriyanın balansında olan “Təmiz
Marneuli” və “Marneuli Kənd Suları” şirkətlərinə yeni binanın
tikintisi üçün təkrar tender elan edib.
Yerli özünüidarə birinci tenderi 2 avqust tarixində elan etmişdi.
Tenderdə yalnız bir şirkət - “Qlobal” MMC iştirak edib. Şirkət
meriyaya işləri 2 324 818 lariyə həyata keçirməyi təklif edib.
Təklifə baxmayaraq, meriya tenderi dayandırıb.
“Tender komisiyası müvafiq dövlət alqı-satqı elektron tender
prosedurlarının dayandırılmasına istiqamətlənib ki, Marneuli yerli
özünüidarəsinin sifariş verən təşkilat olaraq qanuni təşkilati
maraqları, lazım gələrsə, smeta sənədləri qorunsun. Bundan əvvəl
həmin elektron tender birmənalı şəkildə həmin sənədlərə əsasən elan
edilmişdi. Təsdiq etmək olar ki, çatışmazlıq var və düzəliş tələb
edir ki, sonradan hər hansı neqativ alıcı təşkilatın maraqlarına
hər hansı zərərverici hadisədən sığortalı olaq”, –
tender komissiyasının iclas protokolunda qeyd olunub.
Yerli özünüidarə “Təmiz Marneuli” və “Marneuli Kənd Suları”nın
fəaliyyətinə lazım olan binaların tikinti işləri üçün 2 504 112
lari dəyərində tenderi 12 oktyabrda elan edib.
Tender sənədlərinə görə, şirkətlər üçün yeni binanı Marneuli
şəhərində, Ağmaşenebeli küçəsində tikəcəklər. İndiki mərhələdə
tikinti işləri həyata keçiriləcək ərazidə bələdiyyə avtobazası
yerləşir və bəədiyyə nəqliyyatı dayanır.
“Kompleks 6 bina-tikilidən ibarətdir:
1 nömrəli bina inzibati binadır və 4 mərtəbəli bina-tikilinin
yüksək parapet və düz damı var, dam örtüyü mərtəbəsində qazanxana
quraşdırılıb.
Bina fiziki imkanları məhdud şəxslər üçün adaptasiya olunub. Bu isə
bayır girişlərində quraşdırılmış pandus və interyerdəki
pilləkənlarda quraşdırılmış liftdə öz əksini tapıb. Hər mərtəbə
müxtəlif menecment üçün nəzərdə tutulub. Binanın açıq yanğın
nərdivanı var. Bunun memarlıq baxımından həlli bir növ qeyri-adidir
və əslində binanın vizuallığını müəyyən edir”, -
tikinti layihəsinin təsvirində qeyd olunub.
İnzibati bina ilə yanaşı mühafizə xidməti üçün köşk, zirzəmi,
bokslar, camaşırxana və nasos stansiyasının tikintisi də
planlaşdırılır.
Təkrar elan edilmiş tenderdə iştirak etmək istəyən şirkətlər 29
oktyabrdan 3 noyabra qədər öz təkliflərini göndərə bilərlər.