Ağkörpü ambulatoriyasında bir otaq təmir olunacaq
Marneuli yerli özünüidarəsi Ağkörpü kənd ambulatoriya binasının bir otağını təmir etməyi planlaşdırır.

Marneuli meriyası 18 oktyabr tarixində Ağkörpü ambulatoriya binasının bir otağının təmiri üçün 9485 lari dəyərində tender elan edib. Tender təklifinə görə, qalib gələcək şirkət işləri müqavilə bağlandıqdan 45 gün ərzində həyata keçirməlidir.

Qeyd edək ki, Ağkörpü ambulatoriya binasının çox hissəsini indiki mərhələdə məktəb tutur. Ağkörpü ictimai məktəbi 2022-2023-cü tədris ilinə məhz ambulatoriya binasında başlayıb.

Çünki məktəb binası qəzalı vəziyyətdədir və təmirə ehtiyac var. İndiki mərhələdə Ağkörpü ambulatoriyası yalnız bir otaqdan istifadə edir. Marneuli meriyası məhz həmin otağın təmiri üçün tender elan edib.

Print E-mail
FaceBook Twitter Google