Marneuli yerli özünüidarəsi Qasımlı kəndində yollara asfalt-beton
qatının çəkilməsini planlaşdırır.
Qasımlıda yolun çəkilməsi layihəsinə görə, indiki mərhələdə iki
hissənin layihələşdirilməsi nəzərdə tutulub.
“Yol-1 kəndin mərkəzindən başlayır və qərbə tərəf, yeni tikilmiş
məktəbə tərəf gedir. Yolun uzunluğu 330 metrdir. Yol-2 həmçinin,
kəndin mərkəzindən başlayır və cənub-şərqə doğru gedir. Yolun
uzunluğu 450 metrdir. Layihədəki yollar daxili kənd yollarının
ümumi uzunluğunun 780 metrini təşkil edir. Qeyd olunan yollarda iki
tərəfdən də yaşayış evləri var və hasarlar layihədəki yolla
üst-üstə düşür. Müvafiq olaraq, layihədə nəzərdə tutulmuş yolda
böyük dəyişiklik edilməyəcək. Çünki layihə köçürülməni nəzərdə
tutmur. Layihədə nəzərdə tutulmuş yolda bu günə qədər əsaslı örtük
çəkilməyib (nə asfalt, nə də beton)”, — tenderdə qeyd
olunub.
Marneuli meriyası Qasımlı kəndində asfalt-beton qatlı yolun
çəkilməsinə 500 000 lari xərcləməyi planlaşdırır. Yerli özünüidarə
yolun çəkilməsi üçün 26 oktyabrda tender elan edib.
Tenderdə iştirak etmək istəyən şirkətlər 4 noyabrdan 7 noyabra
qədər öz təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələn
şirkət müqavilə bağlandıqdan 90 gün ərzində işləri həyata
keçirməlidir.