8 noyabr tarixində Marneuli bələdiyyəsinin Tserakvi kəndində
“Cavaxişviloba 2022” keçiriləcək.
Yerli özünüidarənin məlumatına görə, tanınmış gürcü yazıçısı Mixeil
Cavaxişvilinin yubileyinə həsr edilmiş tədbir saat 13:00-da
başlayacaq.
“Tədbirdə yazıçının müxtəlif əsərlərindən etüdlər təqdim olunacaq.
Qonaqların muzeydə saxlanılan eksponatları nəzərdən keçirmək imkanı
olacaq. İştirak etmək sərbəstdir, hamını dəvət edirik”, – meriyanın
yayımladığı məlumatda deyilir.
Marneuli meriyası “Cavaxişviloba 2022”-nin keçirilməsi üçün büdcədə
25 185 lari nəzərdə tutub və 13 noyabrda tender elan edib. Tenderdə
“GOMARTELI & Company” qalib gəlib. Şirkət bələdiyyəyə tədbiri 22
173 lariyə keçirməyi təklif edib.