“Salam” Kirovka kəndinə adın verilməsi ilə bağlı meriyanın aşıqlamasını dezinformasiya adlandırıb
“Salam” platforması 14 noyabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında Adların Verilməsi Üzrə Komissiyanın üzvü İrine Maçaraşvili tərəfindən Kirovka kəndinə adın verilməsi ilə bağlı bəyanatı dezinformasiya adlandırıb.

“Bir neçə həftə bundan əvvəl “Salam” platforması olaraq görüşdə iştirak edirdik və həmin görüşdə Marneuli bələdiyyəsinin yerli özünüidarə nümayəndələri də iştirak edirdilər. Eləcə də komissiyada olan elmi qrup da orada idi. Həmin qrup nümayəndələri Kirovka kəndinə adın verilməsi məsələsi ilə bağlı aparılan iş prosesində işləyən müxtəlif universitetləri, araşdırma və elmi institutları təmsil edirlər. Bu görüşə əsasən, bildiririk ki, xanım İrine Maçaraşvilinin Rəşan Ziyadəliyevin sualına cavabı dezinformasiya və yalan idi. Niyə belə düşündüyümüzü açıqlamağa çalışacağıq”.

Bələdiyyə Məclisinin iclasında İrine Maçaraşvili bildirdi ki, Kirovka sakinlərinin tələb etdiyi “Mameyi” adı tarixi mənbələrdə qeydə alınmayıb. “Mamai” adı ilə bağlı bilgilər var. Ancaq bu ad iki tarixi fiqurla əlaqədar ola bilər. Maçaraşvilinin sözlərinə görə, Mamai Qızıl Orda sərkərdəsi və ya müqəddəs şəxsin adı ilə əlaqədar ola bilər. “Salam” platforması məhz bu məlumatı dezinformasiya adlandırır.

Birincisi, Adların Verilməsi üzrə Komissiyasının üzvləri, müxtəlif institutlardan və universitetlərdən olan alimlər dəqiq, sübutlu şəkildə bildirdilər ki, Mamai adının Qızıl Orda sərkərdəsi ilə əlaqəli olması mümkün deyil. Bu elmi işçilərin və araşdırmaçıların mövqeyi idi. Bələdiyyə tərəfindən bunun bir daha bu formada təkrar olunması problemlidir, ictimaiyyəti səhv yola yönləndirmək və dezinformasiyadır.

İkincisi, alimlər və araşdırmaçılar meriya nümayəndələri ilə, bizimlə söhbətləri zamanı bildirdilər ki, bu ad müqəddəs Mamai ilə əlaqədar ola bilər. Ancaq onların fikrincə, bu da az güman ediləndir. Bu sadəcə ehtimaldır və alimlər tərəfindən təsdiqlənmir. Müvafiq olaraq, həmin arqumentin özünüidarə tərəfindən təkrar olunması manipulyasiyadır, həqiqətə uyğun deyil.

Bələdiyyənin Mameyi ilə əlaqədar rəsmi mövqeyi budur ki, tarixi mənbələrdə bu formada ad qarşımıza çıxmır və tarixən bu Mamaidir. Buradan irəli gələrək, bələdiyyə bildirir ki, kəndə Mameyi (bir hərf fərqinə görə) adı verilə bilməz. Ancaq bələdiyyə mərkəzi hakimiyyətə rəsmi versiya olaraq “Dostluq” adını göndərib. Bu ad da heç vaxt tarixi mənbələrdə olmayıb. Əgər nəzərə alsaq ki, Azərbaycan dilində olan Ə hərfi gürcü dilinə “e” kimi və eləcə də “a” kimi tərcümə oluna bilər, ola bilsin, şifahi formada “e” və “a” səsləri bir-birini əvəz edərək istifadə edilsin”, – “Salam” platformasının bəyanatında qeyd olunub.

“Salam”-ın açıqlamasına görə, təşkilat Kirovka sakinləri ilə birlikdə artıq neçə aydır əhalinin səsini yerli özünüidarəyə çatdırmağa çalışır. Məlumata əsasən, təşkilat artıq uzun zamandır kənddə ümumi kənd toplantısı keçirməyə çalışır. Həmin görüşdə əhali kəndə adın verilməsi məsələsini müzakirə edəcək, amma yerli özünüidarə onlara kənd toplantısını qanun çərçivəsində, hüquqi, ədalətli olaraq keçirmək üçün lazımı sənədi vermir.

“Bir daha Marneuli bələdiyyəsini bizim rəsmi müraciətimizə cavab verməyə və kənd toplantısı keçirmək üçün lazımi sənəd verməyə çağırırıq. Əks halda, biz yenə də adın verilməsi ilə bağlı ümumi toplantı keçirməyi planlaşdırırıq. Bir daha qeyd etmək istəyirik ki, kənd əhalisi Mameyi adını seçir. Bu adın əhalinin istəyi olduğu və bunun hansısa neqativ kontekstdə olan şəxslərin adları ilə əlaqədar olmasının təsdiqlənməməsi halında, yerli əhalinin istəyinə biganə qalmaq yolverilməzdir. Həmçinin, belə adı olan neqativ tarixi və ya uydurulmuş şəxslərin mənfi arqument olaraq gətirilməsi, bizim qiymətləndirməmizə görə, yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasıdır”.

“Salam” platforması bələdiyyəni, mərkəzi hakimiyyəti, elmi işçiləri, beynəlxalq təşkilatları, hüquq müdafiə təşkilatlarını və başqa icma fəallarını bu məsələ ilə maraqlanmağa, bələdiyyəyə bəzi əməkdaşların bu məsələni manipulyasiya etmək və ya dezinformasiya yaymaq imkanını verməməyə çağırırıq”.
Meriyadan nə bildiriblər:

Kəndlərə Adlarının Verilməsi üzrə Komissiyanın üzvü İrine Maçaraşvilinin Kirovka kəndinə “Mameyi” adının verilməməsi ilə bağlı açıqlaması.

“Bu məsələ ilə bağlı iş davam edir. Biz Coğrafiya İnstitutunu, İvane Cavaxişvili adına Dövlət Universitetinin nümayəndələrini qoşmuşuq, arxiv materiallarını da araşdırırıq, müvafiq olaraq prosedurlara riayət edərək bu məsələ araşdırıldı, əhali ilə görüş keçirildi. Xatırlatdığım kimi, burada qədim dəmir metallurgiya mərkəzi var, eləcə də bizim gürcü-azərbaycan dostluğunu qeyd etmək üçün bir versiyamız var idi – kəndi dostluq adlandırmaq. Köhnə adlar, Riğispiri və Vaziskide adıdır, müvafiq olaraq, bir neçə versiya təqdim olunmuşdu. Onlar arasında fəaliyyət göstərən hökumət komissiyasında qərar qəbul etmək üçün dostluq da təqdim olunub. Güman ki, növbəti iclaslarda qərar qəbul olunacaq və bu məsələ ilə bağlı məlumat alacağıq. Kənd əhalisi tərəfindən təqdim olunmuş Mameyi adı heç yerdə qeydə alınmır, biz tarixi materialları araşdırdıq. Mameyi toponimi nə 19-cu, nə də 20-ci əsrdə qeydə alınmayıb. Ona görə də bizim bu adı vermək səlahiyyətimiz yoxdur. Bu kəndin müəyyən qədər Mamayi adlandırılmasından irəli gələrək, Mameyi adında iki versiya var, bir versiya xristian müqəddəsi Mamaiyə bağlanır, digər versiya isə güman ki, Qızıl Ordanın sərkərdəsi Mamai ilə əlaqədardır. Bu versiyalar da az qəbul olunandır və niyə Qızıl Orda sərkərdəsinin, müqəddəsin adı kəndə verilə bilməz. Çünki biz orada yaşayan əhalinin inancını nəzərə alırıq. Buna görə də sonrakı adlarla bağlı qərar qəbul etməyimiz daha doğru olar. Biri dostluq – indiki dövrdə millətlər arasında sakit, bərabər yaşam nümunəsi, həm də turizmin tanıdılması üçün, eləcə də biz bilirik ki, burada çox sayda qədim artefakt aşkarlanıb. Bildiyiniz kimi Yaşıl Təpə unikaldır. Çünki burada dəmir metallurgiya mağaraları tapılıb. Həmin artefaktı tanıtmaq üçün bu kəndə dostluq və ya Yaşıl Təpə adı vermək çox yaxşı olardı”,
– İrine Maçaraşvili bildirdi.

Kəndlərə adların verilməsi prosesi Marneuli bələdiyyəsində 2022-ci ildən başlayıb. Bələdiyyə Sovet İttifaqı ilə əlaqəsi olan bütün kənd və küçə adlarının dəyişdirilməsinə çalışır.


Print E-mail
თეგები: Kirovka Salam platforması
FaceBook Twitter Google