Meriya təmir üçün 6 ambulatoryanı Milli Əmlak Agentliyinə və tibbi holdinqə verib
Marneuli bələdiyyəsində 6 ambulatoriya təmir üçün 2 quruma verilib.

Qeyd olunan mövzunu Bələdiyyə Məclisinin 14 noyabrda keçirilən iclasında meriyanın Əmlakın İdarə Edilməsi və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov müzakirəyə çıxarıb. O, bildirib ki, Dövlət Əmlakı Milli Agentliyi Kəpənəkçi, Xixani və Xocorni kənd ambulatoriyalarının sahəsinin təmənnasız verilməsini tələb edir.

Gürcüstan Tibb Holdinqi isə Algeti, Tserakvi və Tsereteli kənd ambulatoriyalarının iki il müddətinə özünüidarəyə verilməsini uzufrukt formasında tələb edir.

“Milli Dövlət Əmlak İdarəsi məktubla müraciət edib və Dəmyə Görarxıda ambulatoriyaya məxsus, 56,63 kvadratmetr sahənin, Kəpənəkçi kəndində ambulatoriya binasının tutduğu 40 kvadratmetr, Xixani kəndində ambulatoriyanın tutduğu 56,96 kvadratmetr, Xocorni kəndində isə 40,55 kvadratmetr sahənin təmənnasız olaraq dövlətə verilməsini tələb edirlər”, – Aqil Əmircanov bildirib.

Deputatlar qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul ediblər.

“Marneuli” radiosu Aqil Əmircanovdan Milli Əmlak Agentliyi və Gürcüstan Tibb Holdinqinə təmir üçün verilmiş ambulatoriyaların əhaliyə xidməti mədudlaşdırıb-məhdudlaşdırmayacağını soruşdu.

Əmircanovun sözlərinə görə, tibb məntəqələrində heç nə dəyişməyəcək və əksinə, vəziyyət yaxşılaşacaq.

“Hər şey olduğu kimi qalacaq, daha yaxşı və rahat mühitdə xidmət alacaqlar – başqa heç nə dəyişməyəcək. Biz onlara heç nə ödəmirik, təmir etmək imkanımız yox idi. Veririk ki, təmir etsinlər və vətəndaşlara xidmət göstərsinlər. Bu ambulatoriyalar demək olar, funksiyasızdır, amma təmir edilməli idi”.

Hələ ki, ambulatoriyaların təmir ediləcəyi tarixlər məlum deyil.
Print E-mail
FaceBook Twitter Google