Marneuli meriyası Yeni Dioqnisi kəndində məşq üçün məkanın
qurulması və Hallavar kəndində parkın hasarlanması üçün “Sopo” MMC
ilə sadələşdirilmiş müqavilə bağlayıb.
Yerli özünüidarə kəndlərdə layihənin həyata keçirilməsinə kəndə
dəstək proqramı çərçivəsində qərar verib. Hər iki layihənin ümumi
dəyəri 31 684 lari təşkil edir. Buradan 22 517 lari Yeni Dioqnisidə
məşq məkanlarına, 9 166 lari isə Hallavarda parkın hasarlanmasına
ayrılıb.
Marneuli meriyası “Sopo” MMC ilə 16 noyabrda sadələşdirilmiş
müqavilə bağlayıb. Dövlət alqı-satqısı haqqında müqaviləyə əsasən
“Sopo” MMC müqavilə bağlandıqdan 60 gün ərzində öhdəlikləri yerinə
yetirməlidir.