Marneuli meriyası yeni il üçün 65 600 lari dəyərində yolka almağı planlaşdırır
Marneuli bələdiyyəsi 2023-cü ili yeni yolka ilə qarşılayacaq.

Meriya yeni il üçün yolkanı 65 600 lariyə almağı planlaşdırır. Bu məbləğ 2019-cu ildə alınmış yolkanın dəyərindən təxminən beş dəfə artıqdır.

Bələdiyyəyə yeni yolka sonuncu dəfə Zaur Darğallının merliyi dövründə 14 400 lariyə alınmışdı və üç il ərzində meriyanın həyətində həmin yolkanı bəzəyirdilər.


2019 წელი - ნაძის ხის საზეიმოდ ანთების ღონისძიება

Tender sənədlərinə görə, yeni yolkanın texniki xüsusiyyətləri belədir:

• Ölçüsü: ən az 15 metr
• Diametr: ən az 7,5 metr
• Dəmir karkas
• Sadə yaşıl
• Budaqların sayı: ən az 600 ədəd
• Karkasa bərkidiləcək budaqlar


Meriya yolkanın alınması üçün tenderi 18 noyabr tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 26-28 noyabr dövründə təkliflərini təqdim edə bilərlər. Qalib şirkət yeni ilin əsas atributunu qurmaq və sonra sökmək şərti ilə meriyaya təhvil verməli olacaq.


Print E-mail
თეგები: Marneuli Bələdiyyəsi Yeni il Yolka
FaceBook Twitter Google