Marneulinin məktəb müəllimləri vətəndaş iştirakı proqramına qoşula bilərlər
Qafqaz Ekoloji Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi (CENN) Amerika səfirliyinin maliyyə dəstəyi ilə müəllimlərin vətəndaş iştirakı proqramına qoşulması üçün müsabiqə elan edir.

Proqramda Marneuli, Dmanisi, Axalkalaki, Aspindza və Tslanecixa bələdiyyələrinin ictimai və özəl məktəb müəllimləri iştirak edə bilərlər.

Proqramın məqsədi demokratik dəyərlərin, güclü vətəndaş cəmiyyətinin formalaşdırılması prosesində müəllimlərin bacarıq və imkanlarının inkişaf etdirilməsidir.

Proqramın müddəti 9 aydır (yanvar-sentyabr, 2023) və sonrakı mərhələlərdən ibarətdir:

• Ehtiyaca uyğunlaşdırılmış təlim-modul
• Vebinarlar və müxtəlif onlayn tədbirlər vasitəsi ilə əlaqələrin gücləndirilməsi
• Vətəndaş təhsili ilə bağlı 4 günlük düşərgə
• Mentorluq
• Layihənin maliyyələşdirilməsi və həyata keçirilməsi
• Yekun konfrans


Ətraflı məlumat üçün linkə daxil olun - link

Maraqlanan şəxslər 2022-ci ilin 12 dekabr tarixində qədər aplikasiya formasını doldura bilərlər. - link


Print E-mail
FaceBook Twitter Google