Məqsədə nail olmaq üçün hədəfə - Marneulidən oxçu qızlar
28.11.2022
Salome Xarşiladze və Tata Naveriani Marneulili oxçulardır. Salome
Marneuli İdman Məktəbində oxçuluğa getmək qərarı verən ilk
Marneulili qız idi.
Üç il əvvəl Salomeyə daha bir oxçu qız – Tata Naveriani qoşulub.
Qızlar çox sayda beynəlxalq və ya yerli turnirlərdə uğurla mübarizə
aparırlar.
"Yayı yığmaq üçün 15-20 dəqiqə vaxt lazımdır. Yığmaq
prosesi çətin deyil, çətinliklər, əsasən atış prosesində
olur”, – Salome Xarşiladze deyir.
„İlk baxışdan asandır, ancaq heç də belə deyil. Çox incəlikləri
olan idman növüdür və bir kiçik millimetrlik təfərrüat sənin
nəticəndə böyük fərq yarada bilər”, – Tata Naveriani
bildirir.