Meriya “Etalon” müsabiqəsində iştirak etmək üçün bu il də 2 960 lari köçürüb
Marneulidə “Etalon şagirdinin” müəyyən edilməsi üçün müsabiqə keçiriləcək.

İntellektual yarış onlayn rejimdə keçiriləcək. Yerli özünüidarə müsabiqənin distant rejimdə təşkili/keçirilməsi xidməti üçün 2960 lari dəyərində sadələşdirilmiş müqaviləni artıq bağlayıb. Müsabiqənin ilk mərhələsi 30 noyabrda, ikinci mərhələ isə 2 dekabrda keçiriləcək. Tədbirdə Marneuli bələdiyyə məktəblərinin 8-ci,9-cu, 10-cu və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.

“Cənab Kənan, şagirdlərin qeyri-formal təhsilinə dəstək və motivasiya üçün xalq layihəsi “Etalon” 18 illik təcrübəsi ilə Gürcüstan Elm və Təhsil Nazirliyi ilə birlikdə, bələdiyyələrdə, özünüidarə şəhərlərində distant formatda intellektual müsabiqə keçirməyə davam edir. Müsabiqə nəticəsində yuxarı sinif şagirdləri arasında (8-ci,9-cu,10-cu və 11-ci sinif) “Etalon” şagird seçilir. Artıq əsası qoyulmuş və dəfələrlə keçirilmiş innovativ onlayn-platforma vasitəsi ilə “Etalon” intellektual yarışı olduğu kimi eksklüziv prinsiplərə dayanaraq distant rejimdə keçiriləcək. Müsabiqənin distant rejimdə təşkili/keçirilməsinin dəyəri dəyişməzdir və 2960 lari təşkil edir. Seçiləcək şagird (şagirdlər) mükafatlandırma-tədbir şəklində mükafatlandırıla bilər və bu tədbir sizin bələdiyyənin müvafiq nümayəndələri, bələdiyyənin təhsil sahəsində uğurlu məktəb rəhbərləri, Etalon şagirdlərinin iştirakı ilə keçiriləcək”
, – Marneuli merinə yazılmış məktubda oxuyuruq.

Müsabiqə iştirakçısı olan hər bir Marneulili şagirdə müsabiqə testini başa vuran kimi elektron diplom verilir və həmin diploma Marneuli bələdiyyəsinin gerbi vurulur. Müvafiq rəmz eləcə də müsabiqədə qalib gələcək Marneulinin “etalon şagirdinin” xüsusi diplomuna da vurulacaq.


Print E-mail
FaceBook Twitter Google