Bu gün, 30 noyabr tarixində Təkəli kənd sakinləri Marneuli meriyası
qarşısında aksiya keçirirlər.
Əhali əkin sahələrinin onların xəbəri olmadan dövlət tərəfindən 30
il müddətinə icarəyə verilməsinə etiraz edirlər.
Onlar Marneuli meri Kənan Ömərovla görüş tələb edir və merlə
görüşün mediaya açıq olmasını istəyirlər.
Sakinlərlə birlikdə Qaçağan inzibati ərazi vahidliyinin icra
nümayəndəsi Dilən Bayramov da meriyaya gəlib.
Qeyd edək ki, aksiya zamanı sakinlərdən birinin halı pisləşib və
hadisə yerinə təcili tibbi yardım çağırılıb.
"Marneuli" radiosu xəbərin başlığında sakinlərin merlə görüşünün
baş tutduğunu qeyd etmişdi. Lakin aksiya iştirakçıları Kənan
Ömərovla hələ də görüşməyə nail olmayıblar.