Təkəli sakinləri torpaq məsələsi ilə bağlı Qiorqi Doxturişvili ilə
görüşüblər.
Təkəli sakinləri torpaq məsələsi ilə bağlı Sosial Ədalət Mərkəzinə
müraciət ediblər. Təşkilat 1 dekabrda yerli skainlərlə görüş
keçirib. Sosial Ədalət Mərkəzinin hüquqşünası Keti Çutlaşvili
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, qeyd olunan
mövzuda hüquqi araşdırmaya başlayırlar.
“Bildiyiniz kimi, qısa müddət əvvəl sakinlərə aydın
olub ki, onların istifadə etdiyi torpaq sahəsi dövlət tərəfindən
başqa şəxsə verilib və onlar buna etiraz edirlər. Dövlətin,
əlbəttə, məlumatı var idi ki, bu torpaq sahələrinə yerli əhali
sahiblik edirdi. Yerli özünüidarə bilirdi ki, bu onların yeganə
gəlir mənbəyidir. Ancaq təəssüf ki, dövlət qurumları və yerli
özünüidarə bu məsələni nəzərə almayıb. Heç bir vəziyyəti
qiymətləndirmədən, araşdırmadan, torpağı icarəyə verməyə qərar
veriblər. Bu gün sakinlər qubernator ilə görüş keçirdilər və
onların dediklərinə görə, müəyyən vədlər veriblər. Alternativ
torpaq sahəsinin təklif edilməsindən söhbət gedir və yaxın
gələcəkdə, yəqin ki, həmin torpaq sahəsini icarəyə götürənlərlə də
görüş keçiriləcək. Sonra artıq danşıqlar prosesinə
başlanlacaq”.
Sakinlər bildirirlər ki, torpaq sahəsinin başqasına verilməsi
barədə qısa müddət əvvəl biliblər. Söhbət 32 hektardan gedir. Həmin
torpaq sahəsini sakinlər hər il məhsul becərmək üçün şumlayırmış və
bir hektara illik 102 lari icarə haqqı verirlərmiş. Onlar yeganə
gəlir mənbələrinin əllərindən alınacağından qorxurlar. 30 noyabrda
yerli sakinlər Marneuli meiryası qarşısında etiraz aksiyası
keçiriblər. Onlar Marneuli meri Kənan Ömərovla görüşməyi və
vəziyyəti aydınlaşdırmağı tələb edirdilər. İki saatdan artıq davam
edən aksiyada Təkəli sakinlərini cavabsız qoyublar.