Marneuli yerli özünüidarəsi tərəfindən alınmış 829 ədəd zibil
qabından 66 Tsereteli, Saimerlo və Norqiul kəndlərinə artıq
yerləşdirilib.
Qalan qablar isə Marneuli şəhəri və başqa-başqa kəndlərə
paylanacaq.
“Marneuli” radiosu tərəfindən dünən, 12 yanvar tarixində
yayımlanmış məqalədən sonra bir çox sakinlər redaksiyamızla əlaqə
saxladılar və onların küçəsinə yeni zibil qabının
yerləşdirilməsinin necə mümkün olduğunu soruşdular. Bu gün, 13
yanvar tarixində “Təmiz Marneulinin” rəhbəri Leri Mumladze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, əgər vətəndaşlar
zibil qablarını müvafiq ərazilərə yerləşdirmək istəyirlərsə, onlar
Marneuli meriyasının balansında olan “Təmiz Marneuli” MMC-yə
müraciət edə bilərlər.
“Vətəndaşlar bizə müraciət edə bilərlər. Müraciətdən sonra həmin
əraziyə yeni zibil qabının yerləşdirilməsinin nə dərəcədə mühüm
olduğunu müəyyən edəcəyik və müvafiq olaraq qərar verəcəyik.
Saimerlo, Tsereteli və Norqiul kəndlərində indi yerləşdirilmiş
zibil qabları aparılanda Bələdiyyə Məclisinin inzibati vahidlikdəki
mütəxəssisini də göndərdim və özləri haraya istəyirdilər, zibil
qablarını oraya qoydular. Bu kəndlərə gedirdik və qabları ona görə
yerləşdirdik, yeni maşın olmasa, qabları əlavə edə bilmərik. Çünki
fiziki olaraq çatdırmırıq, indi artıq yeni zibil toplayan maşın
gözləyirik. Marneuli şəhərində bütün köhnə qabları dəyişdik, sonra
isə həmin qabları təmir edəcəyik və kəndlərə qoyulacaq.
Ümumiyyətlə, şəhərdə qablar standarta uyğun olaraq hər yerdə durur,
amma əgər kimsə öz məntəqəsinə zibil qabının əlavə edilməsini
istəyirsə, bizə müraciət edə bilər və problemi araşdırdıqdan sonra
müvafiq qərar qəbul edəcəyik”, - Leri Mumladze
bildirdi.
“Təmiz Marneuli” MMC bələdiyyənin 55%-nə xidmət göstərir.
Yerli özünüidarə 829 ədəd zibil qabını almaq üçün beş ay əvvəl
tender elan edib. 1100 litrlik plastik zibil konteynerlərini almaq
üçün büdcədən yarım milyon lari ayrılıb.
Tenderdə iiki şirkət iştirak edib. “Orientir” MMC qalib gəlib,
şirkət bələdiyyəyə zibil qablarını 493 255 lariyə almağı təklif
edib.