Marneulidə qara görə, texniki duzu yalnız Mağalaşvili körpüsünə səpiblər
Marneuli bələdiyyəsində son bir həftə ərzində qarlı hava hökm sürürdü. Marneuli şəhəri və kəndlərində ilk qar 2023-cü ilin 8 yanvarından yağmağa başlayıb.

“Marneuli” radiosu bu dövr ərzində Marneuli miqyasında yollara texniki duzun səilpməsinə ehtiyac yaranıb-yaranmadığı ilə maraqlandı.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, texniki duz bələdiyyə miqyasında yalnız Marneuli şəhərindəki Durmuşxan Mağalaşvili adına körpüyə səpilib. Meriyanın açıqlamasına görə, körpüyə texniki duzun səpilməsi qərarını Avtomobil Yolları Departamenti qəbul edib.

Bu gündən, 13 yanvar tarixindən Marneuli bələdiyyəsində hava isinəcək. Sinoptiklərin proqnozuna görə, bələdiyyədə gələn həftə ərzində tutqun hava gözlənilmir, axşam saatlarında isə yenidən şaxta gözlənilir.




Print E-mail
თეგები: Duz Marneuli Qar Şaxta
FaceBook Twitter Google