Kutaisidə Marneulidən olduğu ehtimal olunan evsiz kişi tapılıb
Sosial şəbəkədə ortayaşlı kişinin təsvir olunduğu video yayılıb. O, gecələri Kutaisinin avtovağzalında qalır. Videoda kişi qeyd edir ki, o, Marneulidəndir. Kişi sosial şəbəkədə yayımlanmış videoda adının Zaman Orucov olduğunu bildirir. O, həmçinin, qeyd edir ki, Marneulidə qohumları və yaşayış evi var. Amma qayıtmaq istəmir. Vətəndaşlar yayımlanmış videonun şərhlərində bildirirlər ki, kişi artıq bir neçə aydır Kutaisidə yaşayır və o, əhali ilə çətin ünsiyyətə girir.

Videonu sizə təqdim edirik:


Əgər Zamanı tanıyırsınızsa və onun vəziyyəti barədə ailəsinə məlumat verməyi vacib hesab edirsinizsə, bizimlə əlaqə saxlayın.

Foto: Dantesi Photography


Print E-mail
თეგები: kutaisi Marneuli Sahibsiz insan
FaceBook Twitter Google