İstintaq: rüşvət müqabilində nəqliyyat vasitəsinə saxta texniki baxış aktı tərtib edilib

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, üç nəfər kommersiya rüşvətxorluğu və saxta sənədlərin hazırlanması faktlında ittiham olunub.


“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslərdən biri Mtsxeta-Mtianeti bölgəsində yerləşən texniki baxış mərkəzində işləmiş, qanunsuz maddi artıqlıq əldə etmək məqsədi ilə avtonəqliyyat vasitələrinə sınaqların keçirilməsi prosesində rəsmi olaraq müəyyən edilmiş vergidən əlavə , vətəndaşdan 250 lari tələb edərək götürüb,
bunun müqabilində nasaz avtomobilə texniki cəhətdən saxta texniki baxış aktı tərtib edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 221 və 362-ci maddələri ilə aparılır”,
- İstintaq Xidməti yazır.
Mənbə: Tabula

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print E-mail
FaceBook Twitter Google