Argentinada meymunçiçəyi xəstəliyindən ilk ölüm faktı qeydə alınıb.
Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi təsdiqləyib.
“Noyabrın 22-də ilk ölən - 44 yaşlı risk qrupunda olan (İİV/QİÇS)
kişi barədə məlumat daxil olub. Xəstə oktyabrın 9-da reanimasiya
şöbəsinə yerləşdirilmişdi”, - məlumatda qeyd
olunub.
Noyabrın 22-dək Argentinada meymunçiçəyinə 895 yoluxma halı qeydə
alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrin 98,5 faizi
kişilərdir.
Qeyd edək ki, meymunçiçəyi əsasən mərkəzi və qərbi Afrikanın ucqar
ərazilərində, tropik yağış meşələrinin yaxınlığında rast gəlinən
nadir virus xəstəliyidir. Meymunçiçəyi alovlanmaları üçün ölüm
nisbəti 1 % ilə 10 % arasındadır. Ölümlərin əksəriyyəti gənc yaş
qruplarında qeydə alınır.