Harvard Universitetinin araşdırmasına görə, ötən il ABŞ-da odlu
silahla baş verən ölüm hallarının sayı son 32 ilin ən yüksək
səviyyəsinə çatıb.
Araşdırmanın nəticəsinə görə, həmin müddətdə odlu silahla törədilən
hadisələr zamanı qeydə alınan 1 milyondan çox ölüm halının 14 faizi
qadınlara, 45 faizi isə kişilərə aiddir. 2010-cu ildən indiyədək
qaradərili qadınların odlu silahla öldürülməsi halları üç dəfə
artıb.
Harvard Universitetinin səhiyyə siyasəti üzrə professoru Devid
Hemenvey bildirib ki, ölkədə odlu silahla ölüm halları getdikcə
artır. Maraqlıdır ki, COVID-19-un geniş yayıldığı vaxtlarda bu
səbəbdən ölüm halları aşağı səviyyədə olub.
Mənbə: Azertag.az