“Azimut” Moskvadan Kutaisi istiqamətinə də uçacaq

Moskvadan Kutaisiyə birbaşa uçuşlar Rusiyanın “Azimut” aviaşirkəti tərəfindən həyata keçiriləcək.



Bu barədə Rusiyanın rəsmi mediası məlumat yayıb.

TACC-nin yazdığı kimi, “Azimut” iyulda Moskva-Kutaisi-Moskva istiqamətində yay reyslərinə başlayacaq. Daha dəqiq desək, söhbət iyulun 2-dən oktyabrın 25-dək olan müddətdən gedir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Aviaşirkət bildirir ki, Vnukovo
hava limanından ilk uçuş saat 07:10-a planlaşdırılıb və Kutaisiyə Gürcüstan vaxtı ilə saat 11:45-də çatacaq. Kutaisidən Moskvaya uçmağa gəlincə, uçuş saat 12:45-ə planlaşdırılıb və 15:25-də Moskvaya enəcək.

“Azimut” aviaşirkəti hazırda Gürcüstandan Rusiyaya iki şəhərdən, Tbilisi və Batumidən uçuşlar həyata keçirir.
Mənbə: Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print E-mail
თეგები: Azimut Moskva-Kutaisi-Moskva
FaceBook Twitter Google