Gürcüstan hakimiyyəti koronavirus pandemiyasına görə tətbiq edilmiş
məhdudiyyətlərin qaldırılmasına 2022-ci ilin əvvəlindən başladı.
Pandemiyanın fəal faza dövründə Gürcüstan miqyasında peyvənd
prosesi çətin aparılırdı və ölkə əhalisinin 60%-nin peyvənd
olunmasını həyata keçirə bilmədi. İndi məhdudiyyətlər götürüldüyü
halda isə peyvənd vurdurmaq istəyənlərin sayı azalıb.
Marneuli bələdiyyəsi miqyasında koronavirus peyvəndini yalnız bir
tibb müəssisəsində – “Geo Hospitals” Doğum Evi və Ambulatoriya
Mərkəzində vurdurmaq mümkündür. 2022-ci ilin oktyabr ayında tibb
müəssisəsində 318 nəfər koronavirus vaksini vurdurub. Onlardan 5
nəfəri buster doza ilə peyvənd olunub.
Verilişimizin qonaqları Yeni Düşüncə İnstitutunun təsisçilərindən
Kamran Əfəndiyev, İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi
direktoru, İmmunizasiya üzrə Milli Texniki Məsləhətçilər Qrupunun
rəhbəri İvane Çxaidze ilə birlikdə Marneulinin koronavirusa qarşı
peyvənd prosesi baxımından hansı çətinliklər qarşısında durduğunu
müzakirə edəcəyik.
Daha ətraflı buradan izləyin: