100 il əvvəlki məktəb dərsliklərinin yenidən
tədrisə daxil edilməsi ilə qürur duyacaqsansa, şübhə yaranır ki,
yenisini yaratmaq bacarığın yoxdur
–
Təhsil məsələləri üzrə ekspert Simon Caşia öz Facebook səhifəsində
yazıb.
“Bu “uğurun” elan edilməsi üçün məktəb direktorlarını, keçmiş
idmançıları, keçmiş təhsil nazirini və çalışan parlament üzvlərini,
televiziyaları və dövlət məmurlarını Tbilisidən Telaviyə
aparırsansa görünür ki, əlindəki gücdən düzgün istifadə etmədiyini
başa düşmürsən. İctimaiyyətin diqqətini daha yaxşı məktəblərimizin
olduğuna yönəltmək üçün yeni proqramların, yeni dərsliklərin, yeni
elektron resursların və.s. yaradılması əvəzinə bunu edirlər” –
Canaşia yazır.
“Sentyabrdan Gürcüstan məktəblərinə İaqob Qoqebaşvilinin “ana dili”
qayıdacaq” – bu haqda 14 iyulda baş nazir Mamuka Baxtadze İaqob
Qoqebaşvilinin ev-muzeyində baş tutan tədbirdə
bildirib.
წყარო: ნეთგაზეთი