“Arxa bazarın” rəhbərliyi 21 aydan sonra da cavab vermir ki, yol nə zaman çəkiləcək
Hər yağış yağan
zaman Marneulnin aqrar bazarının (arxa bazar) ərazisi palçıq
olur.
Ticarətçilər palçıqlı piştaxtaların yanında
durmalı olurlar, alıcılar isə bir obyektdən digərinə getməkdə
çətinlik çəkirlər. Fərqi yoxdur palçıqdan nə qədər çəkinməyə
çalışsanız da bazardan təmiz ayaqqabı ilə çıxmaq mümkün deyil.
"Marneuli" radiosu 2017-ci ilin 4 oktyabrında Marneulinin Aqrar
bazarının direktoru Elquca Xarşiladze ilə əlaqə saxladı. O, dedi
ki, bazar ərazisinə yol çəkilməsi planlaşdırılırdı amma
ticarətçilərə görə işləri həyata keçirə bilmirdilər.
“Onlar içəriyə daxil olmayana qədər ərazini təmizləyə
bilmirəm. İçəridə yaxşı, qapalı bazar var, amma yenə də palçıqda
durmağa üstünlük verirlər” - bazarın deirektoru
2017-ci ildə deyib.
21 aydan sonra bazar ərazisi yenə də dəyişməz qalır. Yağış zamanı
isə palçıq hamıya tanışdı.
Biz Marneuli Aqrar bazarının direktoru Elquca Xarşiladze ilə bu
gün, 16 iyulda əlaqə saxladıq. Xarşiladze bizimlə söhbətində dedi
ki, bazar ərazisində yolun təmirini planlaşdırır, amma nə zaman
olacağını demədi və telefonu söndürdü. Ondan sonra Marneuli
bazarının direktoru "Marneuli" radiosuna cavab vermir.
Palçıqlı bazarla əlaqədar olaraq Marneulili Giorgi Mumladze
etirazını bildirir və öz facebook səhifəsində Marneuli merinə
müraciət edib və xahiş edir ki, problemin həlli üçün bazar
direktoru ilə vasitəçilik etsin.
Marneuli meri Zaur Darğallının bizimlə söhbətində dediyinə görə
bazar ərazisndə müəyyən işlərin görülməsi həqiqətən də
planlaşdırılır. Çünki rəhbərlik ticarətçiləri qapalı məkana
keçirib. Bazar rəhbərliyi ilə ünsiyyətə gəldikdə isə Darğallı deyir
ki, meriya bütün bu məsələlərlə bağlı çalışacaq.