Marneulinin İctimai Kitabxanası yeni “Yay mütaliə məktəbi” layihəsinə başlayıb

Marneulinin İctimai Kitabxanası yeni “Yay mütaliə məktəbi” layihəsinə başlayıb. Layihədə 6 yaşdan 12 yaşa qədər uşaqlar iştirak edirlər.

Layihə 17 iyulda başlayıb və tədbir Revaz İnanişvilinin yaradıcılığına həsr olunub. “Yay mütaliə məktəbində” Sioni, Şaumyani, Sadaxlı və Tsereteli kəndinin kitabxanaları iştirak edirlər. Layihənin məqsədi mütaliənin təbliğ olunması və kənd kitabxanalarının fəallaşdırılmasıdır. “Yay mütaliə məktəbi” bir ay davam edəcək.

Marneulinin İctimai Kitabaxanasının Facebook səhifəsində yerləşdirilən məlumata əsasən:

• Kitabxanaçı kiçik oxucuya konkret əsəri oxuyacaq və sonra onun qrupda müzakirəsi (əsərin personajlarının, ideyasının və.s.) aparılacaq.

• “Yay mütaliə məktəbinin” iştirakçıları müxtəlif yazıçıların əsərlərini evə aparacaqlar, onunla tanış olacaqlar və sonra qrupda oxuduqları əsərin təqdimatını edəcəklər.

• Oxuduqları əsərə uyğun olaraq illüstrasiyalar yaradacaqlar.

Hər kəndin kitabxanası üçün uşaq kitabları toplusu alınıb və layihə həyata keçirmək üçün onlara hədiyyə veriləcək.

 


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər