Mamuka Baxtadze baş nazir vəzifəsindən istefa verib
Mamuka Baxtadze baş nazir vəzifəsindən istefa verib. Bu haqda rəsmi facebook səhifəsində yazıb.

"Ölkəmizin maraqlarını qorumaq üçün Gürcüstanın Baş naziri olaraq xidmət etmək mənim üçün böyük bir şərəf və eyni zamanda böyük bir ehtiram idi. Mən" Gürcü Arzusu" komandasının üzvü və ölkəmizin sadiq bir əsgəri olmuşam və olacağam.

Mən əvvəlcədən hər kəsə təşəkkür edirəm və gələcək baş nazirə uğurlar arzulayıram"
- Baxtadze yazıb.

O, bildirir ki, bu gün saat 15:00-da bu və digər məsələlərlə bağlı mediya nümayəndələri ilə görüş keçiriləcək və bütün sualları cavablandıracaq.

“Dövlət müəssisəsinin bütün əməkdaşlarına, Nazirlər Kabinetinə, vətəndaş cəmiyyətinə, özəl sektora, beynəlxalq tərəfdaşlara və yuxarıdakı məqsdələrə nail ola bildiyim bütün hamıya dərin təşəkkürümü bildirirəm.Gündəlik rejimdə çalışdığım hər bir əməkdaşıma təşəkkür edirəm. Sizə -gürcü cəmiyyətinə təşəkkür etmək istəyirəm, sizin dəstəyiniz, məsləhətiniz, tənqidiniz mənim üçün ölkənin qurulması işində əsas impulsdur.

Strateji inkişafın əsas çərçivəsinin yaradılmasına və tərəqqiyə baxmayaraq mən hiss edir və görürəm ki, bəzi məsələlər var ki, daha yaxşı nəticə əldə edə bilərdik.

Dostlar, ölkə qarşısında olan problemlər o qədər ağırdır ki, bizim ölkədə neqativ gündəliyimizin olmasına və siyasi olara qbelə mühitin hüququmuz çatmır. Bilirsinzi ki, müasir dünya və Qərb ölkələrində siyasi qütbləşmə artır, ancaq bu dövətlər davamlı olaraq o qədər möhkəmdirlər ki, belə pozuntulara qalib gəlirlər – bizim belə lüks durumumuz yoxdur və həmişə bilməliyik ki, gürcü cəmiyyətinin qütbləşməsi ilə yeganə qalib gələn işğalçı ölkə olacaq.

Hər hansı siyasi oyunçu tərəfindən özünün qısamüddətli məqsədinə nail olması üçün siyasi pozuntulara aparan gündəliyin müəyyən edilməsi yolverilməz və qəbuledilməzdir.

Ona görə də psinsipial olaraq partiya sədrinin – Bidzina İvanişvilinin proporsional seçkilərin, sıfır barrier şərtləri ilə keçirilməsi haqqında təşəbbüsü əhəmiyyətlidir ki, kiçik vətəndaşlar qrupunun səsi də Parlamentdə eşidilsin. Eyni zamanda bu yeni simalara gürcü siyasətinə yol açılması üçün bir imkan olacaq və mənim fikrimcə bu əhalinin böyük hissəsinin istəyidir.

2020-ci ilin seçkiləri söyüş və nifrət dilinin deyil, proqramlar və ideyalar yarışı olmalıdır. Qütbləşməyə dəstək olan, gürcü dövlətçiliyini yerə vuran, onun inkişafına mane olan və Gürcüstanın düşmanlarının marağına daxil olan hər hansı addım qəbuledilməzdir.

Bu gün Gürcüstana heç vaxt olmadığı kimi tam konsolidasiya lazımdır və əminəm ki, uğurun yeganə formulasi budur. Bir daha gürcü cəmiyyətinə təşəkkür edirəm!

İnanıram ki,birgə hər şeyi bacaracağıq!

Allah Gürcüstanı qorusun”- Baxtadze bildirib.

O, hökumət proqramının həyata keçirilməsi haqqında Parlamentə hesabat təqdi etməyi planlaşdırırdı, sənəd hazırlanıb ancaq çatdıra bilməyib,ona görə də bunların hamısını Facebookda yayımlayıb.


Print