Tsulukiani prezidenti polis qatilini əfv etdiyinə görə tənqid edib
Ədliyyə naziri vəzifəsinə namizəd Tea Tsulukiani prezident Salome Zurabişvilinin polis əməkdaşının qətlinə görə məhkum olunmuş Ramaz Devadzeni əfv etməsini tənqid edib.

“Polisin, əsgərin, eskort məmurunun və dövlətin siması və nümayəndəsi olan şəxsin qətli zamanı yaxşı olar ki, həbsxanadakı adam əfv edilməsin. Hər halda açıq şəkildə deyə bilərəm ki, Mariamoba ilə bağlı əfv edilməyə namizədləri Penitensial Xidmət və Ədliyyə Nazirliyi ilə razılaşdırılmayıb”, – Tusulukiani 4 sentyabrda deyib.

Prezident 28 avqustda 34 məhbusu əfv edib, onlar arasında Ramaz Devadze də var. O, Batumili polis Taraş Mukbanianinin qətlinə görə həbs olunub.

Söhbət 2014-cü ilin 27 dekabrında Batumidə, gecə klubu “Leqas”da baş vermis 22 yaşlı polisin qətlindən gedir.

Qətl gecəsi polis klubda öz vəzifəsini yerinə yetirmirmiş, ancaq xidməti silahı üstündə olub. Məhkəmənin qərarına əsasən Taraş Mukbaniani Ramaz Devadze və yoldaşları ilə mübahisə edib və həmin vaxt onun silahını əlindən alıblar. Polis əməkdaşı məhz həmin silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər